Denni Drinkuoter futbolçu həyatı ilə bağlı qəti qərara gəlib.
"Football-plus.az" xəbər verir ki, o, peşəkar karyerasını başa vurduğunu bəyan edib.
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi 2022-ci ilin yayından klubsuz idi. Belə vəziyyətdə bir il yaşadıqdan sonra karyerasına son verməyə məcbur olub. Qeyd edək ki, Denni karyerası ərzində yetirməsi olduğu “Mançester Yunayted”, “Haddersfild Taun”, “Kardiff Siti”, “Uotford”, “Barnsli”, “Lester”, “Çelsi”, “Bernli”, “Aston Villa”, “Kasımpaşa” və “Ridinq” klublarında çıxış edib. 2017/18 mövsümündə “Lester” ilə premyer-liqanın qalibi olub. 2016-cı ildə İngiltərə millisində 3 oyun keçirib. Denni qərarı ilə bağlı belə açıqlama verib: