• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Turan Tovuz"un planları alt-üst oldu - Bundan sonra...

Ölkə futbolu / Manşet

27-12-2023, 17:0

Şənbə günü Azərbaycan futbol tarixində ilk yaşandı. Yox, şad xəbər deyil.

Misli premyer-liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçını izləmək üçün Tovuza yollanmışdım. Meydan sahibləri 2:1 hesabıyla rəqibi üstələməkdəydi. Adətən, belə hallarda son 10 dəqiqəsi çox həyəcanlı keçir. Öndə olan hesabı qorumağa və ya fərqi artırmağa çalışırsa, məğlub ən azı 1 xal üçün var gücüylə çıxış edir. Həmişə bu anlar gəlib çatanda yerimi rahatlayıram ki, futboldan zövq alım. Təəssüf ki, bu dəfə vəziyyət fərqli idi. Çünki güclü külək stadionu ağuşuna almışdı. Ot örtüyünün künclərində yerləşən projektor dirəklərindən ikisinin hərəkətdə olduğu açıq-aydın görünürdü. Hər şey bir göz qırpımında baş verdi... Sol küncdə olan dirək küləyə tab gətirmədi və kökündən qırılaraq yerə çırpıldı. Maraq üçün qeyd edim ki, stadionda hərəsində 38 lampa olmaqla 4 projektor var. Bunlardan biri sözün əsl mənasında sıradan çıxdı. Təbii ki, bu anda minlərlə azarkeşin qorxu, təlaş içində ərazini tərk etdiyini deməliyəm. Hadisədən cəmi 25-30 saniyə əvvəl “Turan Tovuz”un ehtiyat oyunçularının məhz projektorun aşdığı ərazidə məşq etdiyini də diqqətinizə çatdırmalıyam. Sözün əsl mənasında bədbəxt hadisənin baş verməsinə az qalmışdı...

Məsələnin bir başqa yönü hüquqi prosedurlardı. Hazırda klub araşdırmanın nəticəsini gözləyir. Tanınmış hüquqşünas Elcan Həsənlinin fikirləri: “Belə hallarda məsul qurumlar dərhal araşdırmaya start verir. Yekun nəticə açıqlandıqdan sonra uyğun qərarın nə olduğuna aydınlıq gəlir. Bu mövzuda “Turan Tovuz”un hansısa məsuliyyət daşımasından söhbət gedə bilməz. Çünki klub, sadəcə, sifarişçi tərəfdi. Projektor dirəklərində hansısa nöqsan aşkarlandığı halda, podratçı şirkət haqda müəyyən tədbirlər görüləcək”.

Amma sosial şəbəkələrdə fikir bildirənlər arasında birbaşa “Turan Tovuz” rəhbərliyini günahlandıranlar çoxdu. Klubun İdarə Heyətinin sədri və baş sponsoru "Huner Group"un rəhbəri Ehtiram Quliyevi dinləyək: “Hər hansı bir insanın xəsarət almamasına görə seviniriksə, hadisə baş verdiyi üçün üzülürük. Bölgəmizdə təbii fəlakət yaşandı. Ağaclar aşdı, evlərin damı uçdu, yollarda məhdudiyyətlər oldu, elektrik xəttində problem yarandı. Bunların səbəbkarı biz deyilik. Tənqidi fikirlərə hörmətlə yanaşırıq. Biz həmişə iradlara açıq olmuşuq və bundan nəticə çıxarmışıq. Yalnız bəzi “Turan Tovuz” azarkeşlərinin tənqidini qəbul edə bilmərəm. Onların kluba sevgisi məndə ciddi şübhə yaradır. Onlar klub üçün etdiklərimizi, çox ciddi maliyyə çətinliyi çəkdiyimizi görür”.

Ehtiram Quliyev klub və futbolçuların planlarında yaşanan dəyişikliklərdən də danışdı: “Qış “transfer pəncərəsi”ndə bir neçə oyunçu almalıydıq. Lakin bu hadisə üzündən ala bilməyəcəyik. Dirəkləri yeniləməliyik. Zərər görən bizik və duruma elmi yanaşmağı düşünürük. İşlər dövlət vəsaiti hesabına görülmür, sponsor edir. İnşallah, problemlər geridə qalacaq. Çətinlikdən qorxmuruq. Əksinə, bizə stimul verir. İnsanı və klubu güclü edən belə hallardı. Bəzi legioner futbolçuların evlərinə biletləri, istirahət üçün planları var idi. Təəssüf ki, bu yöndə gecikmələr olacaq. Belə hadisələr dünya arenalarında həmişə olub. Dam örtüyü uçub, işıq dirəyi aşıb və s. Amma Azərbaycanda ilk idi ki, biz üzləşdik. Sözsüz, hamı - özümüz də, başqa klublar da nəticə çıxaracağıq. Belə məsələlərdə daha diqqətli olmalıyıq. Ümid edirəm ki, ölkəmizdə bir daha belə hal yaşanmaz”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

23-12-2023, 18:0

"Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü sabah davam edəcək - YENİLƏNİB+FOTOLAR

Premyer-liqa

7-08-2023, 14:0

"Turan Tovuz"dan tarixi uğur

Ölkə futbolu

12-07-2023, 22:0

"Turan Tovuz" "Araz Naxçıvan"ı məğlub etdi

Premyer-liqa

14-10-2023, 19:0

"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 4 qol

Premyer-liqa

11-12-2023, 11:0

Misli premyer-liqasında mövsümün rekordu təkrarlandı

Ölkə futbolu

7-11-2023, 16:0

İntizam Komitəsinin qərarları açıqlandı

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Bu gün, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Bu gün, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə