“Onların verəcəyi məlumata əsasən klub rəhbərliyi yekun qərar verəcək” – aşan projektordan nə xəbər?

30.12.2023 20:29 237
Premyer-liqa
Misli premyer-liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşmasının 81-ci dəqiqəsində güclü külək üzündən projektorlardan biri aşdı. Oyun dayandırıldı və ertəsi qaldığı yerdən davam etdirildi.

Bəs Tovuz stadionundakı projektorlarla bağlı son qərar hansı yöndədi? Klubun mətbuat katibi Süleyman Tağıyev "Football-plus.az" saytına bunları dedi:

"Son oyunda baş verən hadisəylə bağlı mütəxəssislər dəyərləndirmə aparır. Onların verəcəyi məlumata əsasən klub rəhbərliyi yekun qərar verəcək".

ABDULLA İSMAYILOĞLU