''Qalatasaray''ın Samsunda qalib gələrək liderliyə yüksəlməsinin ardından diqqətlər ''Fənərbaxça''ya yönəlib.
İsmayıl Kartalın komandası liderliyi geri qaytarmaq üçün çətin Antalya səfərində qalib gəlməyə məcburdu. Amma bunu etmək asan olmayacaq. Düzdü, ''Antalyaspor'' ''Fənər''ə qarşı keçirdiyi son 10 superliqa matçının cəmi 1-də qalib gəlib (6 məğlubiyyət). Amma Sərgən Yalçının təyinatından sonra ''ağ-qırmızı''lar məğlubedilməz komandaya çevriliblər. Hazırda 6-cı pillədə qərarlaşan ''Antalyaspor'' bu mütəxəssisin başçılığı altında keçirdiyi 7 rəsmi oyunun heç birində uduzmayıb (3 qələbə, 4 heç-heçə).
Daha bir maraqlı fakt odu ki, Sərgən Yalçının çalışdırdığı klublar ''Fənərbaxça''ya qarşı keçirdiyi son 5 ev matçının heç birində məğlubiyyət acısı yaşamayıb (3 qələbə, 2 heç-heçə).
ƏLİ