O da "Səbail"lə müqaviləni uzatdı

9.07.2023 18:52 234
Ölkə futbolu
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

Xatırladaq ki, "Səbail" bu gün Cabir Əmirli ilə müqaviləni uzatdığını açıqlayıb.