Bu istiqamətdə təkcə Musa Qurbanlıdan xəbər yoxdu. Ona bir neçə ölkədən təkliflərin olduğu haqda məlumatlar var. Buna baxmayaraq, məsələlər ciddi xarakter daşımır.
Qeyd olunanlarla bağlı dəqiq bilgi əldə etmək məqsədilə menecer Tural Əsgərli ilə danışdıq. Onun "football-plus.az"a söylədikləri:
"Düzü, indi danışacaq nəsə yoxdu. Musa komandasıyla birgədi. Tezliklə İspaniyaya - təlim-məşq toplanışına yollanacaqlar. İşlər qaydasındadı. İnşallah, bu mövsümü "Yurqorden"də başa vuracaq. Allah uzaq etsin, arzuolunmaz hadisə yaşansa, oynamağı təhlükə altına düşsə, komandasını dəyişməsi ehtimalı gündəmə gələ bilər. Yalnız yayda başqa təkliflər olduqda dəyərləndirilə bilər".
KƏNAN BAHADIR






