• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hakimlik sahəsinə yuxarıdan aşağı baxmaq təhqirdi” - Tahir Süleymanov

Premyer-liqa / Manşet

26-01-2024, 18:0

Ötən həftənin bazar günü Misli premyer-liqasında qış fasiləsi başa çatdı.

Üç gün ərzində 19-cu tur çərçivəsində beş oyun izlədik. Təəssüf ki, bunlardan üçündə (“Kəpəz” – “Turan Tovuz”, “Səbail” – “Zirə” və “Qəbələ” – “Sumqayıt”) hakimlərin idarəçiliyindən ciddi narazılıq gördük. Halbuki ədalət təmsilçiləri Türkiyədə təlim-məşq toplanışı keçəndən sonra daha fərqli mənzərənin şahidi olacağımıza ümid edirdik.
Bəs startdaca belə mənzərənin yaranmasının səbəbi nədi? Hakimlərlə bağlı harda və nədə səhv edirik? Bu suallarla təcrübəli sabiq hakim Tahir Süleymanova müraciət etdik. O, qəzetimizə açıqlamasında çatışmazlıqların ümumi səciyyə daşıdığını dedi:

“Bəli, qış fasiləsindən sonra ilk oyunlarda hakim idarəçiliyi ilə bağlı problemlər yenidən baş qaldırıb, məşqçilər görüşlərdən sonra haqlı narazılığını bildirir. Məncə, epizodlar üzərində detallı dayanmağa ehtiyac yoxdu. Çünki indiyə qədər çox müzakirələr aparılıb. Bir oyun, bir epizod olsa, bu, fərdi hakim səhvi kimi qəbul edilə bilər. Lakin turun bir çox qarşılaşmasında idarəçiliklə bağlı problemlər yaşanırsa, deməli, durum ümumidi və bəhs etdiyimiz xoşagəlməz mənzərə hakimlik sistemində mövcud vəziyyətin əyani göstəricisidi. Məsələyə kompleks yanaşmadan nöqsanlar aradan qaldırıla bilməz! Səbəblərin araşdırılması üçün əhatəli təhlilə ehtiyac duyulur. Amma ölkə çempionatlarında hakimlik adına heç vaxt belə rahat şərait olmayıb”.


Problemin əsas səbəblərinə toxunan Tahir bəy sistemdəki boşluqların aradan qaldırılması yollarından bəhs etdi:
“Təşkilati işlər, stadionlarda təhlükəsizlik, ideal meydanlar, nəinki faktiki, hətta psixoloji təzyiqin olmaması, boş tribunalar, komandaların bir-birinə münasibətdə nümunəvi davranışı, VAR sistemi və başqa amillər oyunlarda idarəçiliyin yüksək səviyyədə olmasına zəmin yaradır. Belə şəraitdə bu qədər narazılıq yaranması yolverilməzdi! Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək Antalya toplanışından ağızdolusu nə qədər danışsa da, oyunlarda başverənlər fərqli mənzərəni ortaya çıxarır. Deməli, problem, öncə ümumi futbol, hakim idarəçiliyi sistemindədi. Bunlar aradan qaldırılmadan hakimlikdə səhvlər minimuma endirilə bilməz! Problemin kökü meydanda başverənlərdən qaynaqlanmır, idarəçilik mexanizminin işlək olmamasından, futbol təsərrüfatı sisteminin daxilindən gəlir”.


Antalya toplanışı demişkən, görəsən, hakimlərin Türkiyə səfərinin məhsuldar alınmamasının səbəbi nədi? Tahir bəyin fikrincə, xeyir əvəzinə zərər verən şəxslərdən biri də məhz Barış bəydi:
“Qəbulolunmaz məqamlardan biri Barış Şimşəyin hakimlərin təlim-məşq toplanışına əcnəbi mütəxəssislərin cəlb edilməsini bəh-bəhlə təqdim etməsidi. Sanki Azərbaycan bu sahədə geridə qalmış ölkələr sırasındadı. Dünya çempionatının, Olimpiya Oyunlarının, Qitələrarası kubokun final oyunlarını idarə edən, zəngin təcrübəyə, hakimlik ənənələrinə malik olan ölkəmizə, futbolumuza, hakimlik sahəsinə yuxarıdan aşağı baxmaq təhqirdi. Bunun da əsas səbəblərindən biri futboldan, hakimlikdən anlayışı olmayan insanların rəhbər vəzifələrdə, mühüm postlarda çalışmasıdı. Belə durumu görəndə barışlar, stuxliklər özünü “professor” sayır. Təəssüf ki, oxşar durum əksər klublarda da hökm sürür, ona görə də özlərini müdafiə edə bilmirlər. Gənc, perspektivli hakimlərimiz yetərincədi, onlarla çalışmaq lazımdı. Bunun üçün Hakimlər Komitəsində işə yanaşma dəyişməli, bu sahəyə nəzarət mexanizmi güclədirilməlidi. Bəhanələrlə, səhvləri ört-bastır etməklə problem aradan qaldırılmır, daha da dərinləşir. Belə davam edəcəyi halda, çempionat hələ çox qalmaqal yaşanacaq”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-01-2024, 19:0

“Sadəcə, instansiyalardan biri sənədlə bağlı çatışmazlıqların olduğunu dedi”

Premyer-liqa

6-03-2023, 17:0

Misli premyer-liqası, 32-ci turun oyun cədvəli

Premyer-liqa

26-01-2023, 12:0

PFL 3 turun oyunlarının vaxtını açıqladı

Premyer-liqa / Manşet

11-01-2023, 18:0

Hakimlər BOS-da hazırlıq keçəcək

Premyer-liqa

6-03-2023, 13:0

Misli premyer-liqası, 29-cu turun oyun cədvəli

Manşet / Konfrans Liqası

6-08-2022, 18:0

Tahir Süleymanov Xorvatiyadan olan briqadanı bəyənib - AÇIQLAMA

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 163
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə