Qış fasiləsi olduğuna görə bütün klublar Türkiyədə mövsümün ikinci yarısına hazırlaşır. Lakin hakimlərlə bağlı heç bir məlumat yoxdu. Maraqlıdı, ədalət təmsilçiləri üçün təlim-məşq toplanışı nəzərdə tutulub?
Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik:
“Hakimlər yanvarın 19-dan 23-dək nəzəri məşğələlərin keçirilməsi üçün toplaşacaq. Bu tarixə qədər və ondan sonra isə gündəlik qrafikə uyğun Bakı Olimpiya Stadionunda məşqlər keçiriləcək. Qış fasiləsi üçün başqa bir plan nəzərdə tutulmayıb”.
ŞAİR ABDULLA

