Stiven Kenni artıq İrlandiya yığmasını çalışdırmır.
"Football-plus.az" xəbər verir ki. o, baş məşqçi vəzifəsindən istefaya göndərilib.
İrlandiya Futbol Assosiasiyası milli komandanın AÇ-2024-ün final mərhələsinə çıxa bilməməsinə görə 52 yaşlı mütəxəssislə əməkdaşlığı dayandırıb. Kenni yığmaya 2020-ci ildə təyinat almışdı. Onun artıq keçmiş komandası seçmə turnirin B qrupunda keçirdiyi 8 oyuna 6 xal toplamaqla Fransa, Niderland və Yunanıstandan sonra 4-cü yeri tutmuşdu.