Qana yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Komandanı bundan sonra Kris Hyuton çalışdıracaq.
Milli komanda Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatında Otto Addonun başçılığı altında iştirak etmişdi. Yığmanın baş məşqçisi mundialdan sonra postunu tərk etmişdi. Addonun yerini tutan Hyutonun Qana futbol Federasiyası ilə bağladığı müqavilənin detalları haqda rəsmi məlumat verilmir. İrlandiyalı mütəxəssis daha əvvəl “Nyukasl”, “Brayton” və “Nottingem Forest”i çalışdırıb.