“Qarabağ”da baş məşqçi istefası

25.01.2024 12:55 238
Ölkə futbolu
“Qarabağ” futbol akademiyasında baş məşqçi istefası gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, bunu Ağdam klubunun U-15 komandasının baş məşqçisi Rakif Əliyev sosial şəbəkə paylaşımında açıqlayıb.

Çalışdırıcı vəzifəsindən ayrıldığını bildirib:

“Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.

Qeyd edək ki, “Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla çempionatın lideridi.