Jeral Batikl artıq “Anje”nin baş məşqçi deyil. Onun istefası rəsmiləşib.
Football-plus.az xəbər verir ki, rəhbərlik onu noyabrın 23-də vəzifəsindən azad etmişdi. Müqavilə isə dekabrın 22-də qüvvədən salınıb.
53 yaşlı mütəxəssisi müvəqqəti olaraq Abdel Buhazma əvəzləyəcək. Batikl “Anje”ni 2021-ci ilin mayından çalışdırırdı. Komanda bütün turnirlərdə keçirdiyi son 8 oyunda uduzub. “Anje” hazırda Fransa Liqa 1-də 15 turdan sonra 8 xalla turnir cədvəlində sonuncu - 20-ci yeri tutur.