İkinci liqa klubunda baş məşqçi istefası - SON DƏQİQƏ

14.11.2023 19:30 263
Aktual / Ölkə futbolu
İkinci liqada mübarizə aparan "Füzuli"nin baş məşqçisi Amit Quluzadə postundan ayrılıb.


"Football-plus.az" xəbər verir ki, bu barədə gənc mütəxəssis rəsmi "feysbuk" hesabında paylaşım edib. Keçmiş futbolçu bu mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi.

Qeyd edək ki, "Füzuli" çempionatda 11 turdan sonra topladığı 20 xalla 6-cı yerdədi.