• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev: “Əminliklə deyə bilərəm ki, hər şey qaydasındadı”

Premyer-liqa / Manşet

21-01-2024, 22:0

“Səbail” 2023/24 “futbol ili”nin birinci yarısını, demək olar ki, uğurlu nəticələrlə başa vurdu.

Bayıl təmsilçisi 18 turdan sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Dənizçilər”in baş məşqçisi Şahin Diniyev mövsümü ilk “dörd”lükdə bitirmək arzusundadı. Bu məqsədə çatmaq üçün qış fasiləsindən maksimum yararlanmaq vacib idi. Belədə komanda öncə yanvarın 3-də Bakıda bir araya gəldi və məşqləri bərpa etdi, 5-də isə Antalyaya yollandı. 12-də Rumıniya superliqasının “Universitetya Kluj” (0:0), 15-də isə Rusiya premyer-liqasının “Fakel (0:1) klublarıyla yoxlama görüşündə üz-üzə gəldi. Yanvarın 4-də Azər Məmmədov yenidən köməkçi məşqçi vəzifəsinə təyin edildi. Ardından Amil Yunanov cari mövsümün sonuna qədər “Kəpəz”ə icarəyə verildi. “Səbail” hələ ki bir legionerin transferini reallaşdırıb. Söhbət sonuncu dəfə Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edən Madi Quetadan gedir. Maraq üçün qeyd edək ki, “Portu”nun yetirməsi olan, karyerası ərzində “Franse”, “Merno More” və “Vilafranquense” klublarının formasını geymiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Queta həmçinin Qvineya-Bissasu yığmasının üzvüdü.
Beləliklə, 3 gün öncə qardaş ölkədən vətənə geri dönən komanda srağagündən “Zirə” ilə çempionat oyununa hazırlaşır. Bəs komanda qış fasiləsini plana uyğun keçirə bilibmi? Kollektivdə başqa hansı dəyişiklərin olacağı gözlənilir? Avrokubok hədəfinə uyğun atılması gözlənilən addımlar hansılardı? Ümumiyyətlə, “dənizçilər”i mövsümün ikinci yarısında nə gözləyir? Dünən bu və başqa suallarla “Səbail”in baş məşqçisi Şahin Diniyevə müraciət etdik.

– Şahin müəllim, qış fasiləsi başa çatmaz üzrədi. Vaxt az, görüləcək iş çox idi. İstirahət və mövsümün ikinci yarısı üçün hazırlıq prosesinin axarı sizi qane etdimi? Antalya səfəriniz necə yadda qaldı?
– Dincələməyə vaxt olmadı. Hazırlıq məsələlərinə gəlincə, həqiqətən, səmərəli təlim-məşq toplanışı keçirdik. Komandamdan istədiyimi, hətta daha çoxunu aldım. Əvvəlki dövrlərdə hansısa hazırlıq faizindən danışmaq mümkün idisə, bu dəfə tam əminliklə deyə bilərəm ki, hər şey qaydasındadı.
– Görünür, çətin işlərin öhdəsindən gəlmisiz. “Səbail” son turlarda xeyli geriləmişdi. Belədə sizi çətin günlər gözləyə bilərdi. Lakin deyəsən, ürəyiniz rahatlıq tapıb...
– Təbii ki, burda futbolçuların böyük rolu oldu. Hər biri iş prinsiplərinə uyğun davranış sərgilədi. Həddən artıq motivasiyalı, istəkli və məusliyyətli oldular. Kollektivdə əhval-ruhiyyə yüksək səviyyədə idi. Bunun sayəsində qarşıya qoyulan məqsədə nail ola bildik.
– Komandanın qarşısına qoyulan konkret hədəf nə idi?
– Əsas plan funksional hazırlığın artırılması və uyğun sistemin təcrübə baxımnından komandaya tətbiq edilməsiydi.
- Bunu nə dərəcədə bacardız? İddia etmək olarmı ki, “Səbail”də bütün boşluqlar aradan qaldırıldı?
– Prosesin sevindirici və kədərləndirici tərəflərinin şahidi olduq. Antalyaya 19 futbolçuyla getmişdik ki, üçü qapıçı idi. Təəssüf ki, 2-3 oyunçumuz zədələndi. Bu üzdən yoxlama görüşlərinə tam heyətlə çıxa bilmədik. Sevindirici məqam isə meydana çıxanların əlindən gələni əsirgəməməsi və var gücüylə çıxış etməsiydi. Deyərdim ki, bu qədərini mən belə gözləmirdim. Yüksək səviyyəli qarşılaşmalar keçirdik. Müəyyən epizodlarda taktiki gedişlərin üzərində çalışdıq. Futbolçular üçlü və dördlü müdafiə xəttində etibarlı oynamağın yollarını daha dərindən mənimsəməyə çalışdı.
– Rəqiblər sizi onları seçdiyinizə peşman etmədi ki? Daha dəqiq desəm, onlara təhlil edə bilmək, nəticə çıxarmaq üçün lazım olan qədər təzyiq görə bildizmi?
– Bəli, Rumıniyanın və Rusiyanın formalaşmış, dinamik və keyfiyyətli komandaları ilə qarşılaşdıq. Bəzi çatışmazlıqlar da nəzərə çarpırdı. Xüsusilə “Fakel”lə görüşdə olmayan penaltidən qol buraxdıq. Təəssüf ki, bu oyunu əsas heyətlə keçirə bilmədik. Futbolçuları qorumağa çalışırdım. Yadin Luqasi, Nil Bardea və Aleksandr Ramalinqomun yüngül zədəsi olduğundan, ehtiyatlı davranmağa məcbur idik. Düzdü, bu itkilərə görə oyun keyfiyyəti aşağı idi. Buna baxmayaraq, komandanın ümumi durumuna fayda verə bildik. Əlbəttə, rəqib seçimlərində bu məqamları nəzərə almışdıq. Oyunçuların təzyiq altında çıxış etməsini istəyirdim. Hər halda, uşalqar belə matçlarda “bərkiyir”. Həm səhvlər üzə çıxır, həm də inkişafın olub-olmadığını təhlil edirsən. Türkiyədə bizimlə bərabər olan media nümayəndələri də təsdiq edər ki, “Səbail” hər iki oyunda keyfiyyətini ortaya qoydu. Rəqiblərdən geri qalmadıq. Baxmayaraq ki, hər ikisi yetərincə güclü və hazırlıqlı idi. Hətta “Universitatya Kluj” təlim-məşq tooplanışı çərçivəsində sonuncu yoxlama oyununda bizlə üz-üzə gəlmişdi.
– Hələ ki “tranfer pəncərəsi”ndə aktivlik nümayiş etdirmirsiz. Komandada hansı islahalat planlaşdırılıb?
– Transfer məsələsi çox ağrılı idi. İnanın ki, 12 gün ərzində seleksiya şöbəsi başda olmaqla çox əziyyət çəkdik. Hər dəqiqə əlaqədə olurduq ki, ortaya əlavə problemlər çıxmasın. Onsuz da qış fasiləsində yaxşı futbolçu tapmaq çətin olur. Sözün açığı, zamanın azlığı bizə çox mane olurdu. Bildiyiniz kimi, yanvranın 21-də çempionat start götürür. Belədə qaneedici keyfiyyətlə malik oyunçunu tapmaq, izləmək, danışıqları bitirmək, viza məsələsini həll etmək kimi işləri qısa vaxtda görməyə məcbur olursan. Həqiqətən uzun prosesdi. Axı kiməsə zəng edib “gəl” deyən kimi gəlmir. Madi Quetadan başqa keniyalı Ayub Masikamı transfer etdik... Onların kollektivə uyğunlaşma dönəmi çox vacibdi. Nə qədər tez bunu bacarsalar, bizə o qədər çox kömək olacaq. İndi yaxşı futbolçu transfer etmək çox çətindi. Masika ilə Quetanı da çətinliklə heyətə qatdıq. Əslində güclənmədik, hücumdakı boşluqları doldurduq. Şükür Allaha, bunu bacardıq. David Qomis, Ağabala Ramazanov və Süleyman Əhmədovun yoxluğunda ön xətdəki problemi həll etdik. Əslində yeni futbolçular transfer etməyə məcbur idik. Çünki 12-ci turda “Turan Tovuz”la matçda 4 futbolçumuz zədələndi. Hamısı da görünməyən zədələr idi. Ardından Cabir Əmirli əməliyyat olundu. Ağabala Ramazanov, David Qomis və Aleksandr Ramalinqomun sıradan çıxmaı hücum xəttində böyük problemlərə yol açdı. Bu prosesdə bizə kömək edən hər kəsə təşəkkür edirəm.
– Bildiyimə görə, Ağabalanın durumu bir qədər fərqlidi...
– Müayinə üçün Türkiyəyə gedəcək. Təəssüf ki, zədəsi ciddidi. Hazırda komanda ilə məşq etmir. İnşallah, tezliklə aramıza geri dönəcək.
– Legionerlərin transfer edilməsindən danışdıq. Bəs yerli futbolçuyla anlaşmaq yönündə hansı addımlar atılır? Ümumiyyətlə, belə planınız var?
– Niyyət həmişə var. Lakin keyfiyyətli yerli oyunçular öz klublarındadı.
– Qarşıda “Zirə” ilə oyun var. Nəzərə alaq ki, ölkə kubokunun növbəti mərhələsindəki rəqibiniz də məhz Rəşad Sadıqovun komandasıdı. Oyunlar haqda nə deyə bilərsiz?
– Dediyim kimi, istirahətə vaxt olmadı. Türkiyədən qayıdandan bir gün gün sonra məşqlərə başladıq. Mövsümün ikinci yarısında rəqabətin daha da artacağını bilirik. Sıx qrafiklə işləməkdən başqa çarə yoxdu. Rəqibin kimliyindən asılı olmayaraq, meydana çıxıb son ana qədər vuruşmağa məcburuq. Çempionatımız maraqlıdı. Bütün oyunlar bizim üçün çox vacibdi. Hər iki cəbhədə əlimizdən gələni edəcəyik ki, qalib tərəf biz olaq. Hər halda, “Zirə” çox yaxşı təşkilatlanıb və futbolçu seçimi yaxşı olan məşqçiləri var. Ümid edirik ki, hədəflərimizə çatacağıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-01-2024, 13:0

“Səbail” bu ölkələrin milli üzvlərini tranfser etdi – Şahin Diniyev açıqladı

Ölkə futbolu

18-12-2023, 14:0

“Səbail”in qış hazırlıq planı müəyyənləşdi

Premyer-liqa / Reportaj

16-01-2024, 21:0

“Səbail” kapitanın güdazına getdi – REPORTAJ

Aktual / Ölkə futbolu

27-06-2023, 14:0

Şahin Diniyev bu futbolçunun "Səbail"ə transferini istədi - ÖZƏL

Ölkə futbolu

8-01-2024, 14:0

“Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı

Premyer-liqa / Manşet

18-01-2024, 21:0

11 oyunda yalnız iki qələbə!

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 164
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə