“Səbail”in qış hazırlıq planı müəyyənləşdi

18.12.2023 14:55 206
Ölkə futbolu
“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

2024-cü il 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. “Dənizçilər” Antalyada 2 yoxlama oyunu keçirəcəklər.

Baş məşqçi Şahin Diniyev Rumıniya superliqası təmsilçisi “Universitatya Kluj” (12 yanvar) və Rusiya premyer-liqa klubu “Fakel” (15 yanvar) ilə görüşlərdə yetirmələrini sınayacaq.

Qeyd edək ki, “Səbail” premyer-liqada 17 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.