“Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı

8.01.2024 14:50 187
Ölkə futbolu
“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Universitatya Kluj” klubuna qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniyanın Superliqa klubu ilə “İS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.