“Səbail” qış “transfer pəncərəsi” çərçivəsində heyətə iki yeni futbolçu cəlb edə bilib.
Bu barədə “Football-plus.az”a “dənizçilər”in baş məşqçisi Şahin Diniyev məlumat verib. Mütəxəssis oyunçuların legioner olduğunu deyib:
“İki əcnəbi futbolçuyla anlaşdıq. Söhbət Ayub Timbe Masika ilə Madi Quetadan gedir. Masika Keniya millisinin üzvüdü, 32 yaşı var. Karyerasının böyük hissəsini Belçikada keçirib. Sonuncu dəfə Çinin “Nanyinq Siti” klubunda çıxış edib. Quetanın isə 25 yaşı var. Qvineya-Bisau millisində meydana çıxır. O, ölkəmizə gələnə qədər Portuqaliyanın 2-ci liqasında iştirak edən Mafra”nın üzvü idi”.
KƏNAN BAHADIR