1-ci liqanın lideri “Qaradağ Lökbatan” fasilədə üç yoxlama matçı keçirəcək.
“Football-plus.az” olaraq, komandanın transfer çalışmalarının nə yerdə qaldığını və yoxlama oyunlarının qrafiklərini öyrənmək üçün baş məşqçi Azər Həşimovla əlaqə saxladıq:
“Transfer çalışmalarımız yekunlaşmayıb. Hələ ki davam edir. Yanvarın 21-i, yəni bu gün “Pelikan”, 25-i MOİK, 31-i isə “İmişli” ilə yoldaşılıq oyunlarımız var”.