Rəhbərliklə görüşü gözləyir - AÇIQLAMA

4.07.2023 14:12 615
Aktual / Əvəzedicilər
"Qaradağ Lökbatan" 1-ci liqada həmişə iddiası və mükafatçılar sırasında olmasıyla seçilib. Amma komanda son mövsümdə uğursuz çıxışla diqqət çəkdi. Lökbatan təmsilçisi çempionatı 9-cu pillədə başa vurdu.

Bəs yeni mövsümdə komandanın hədəfi nə olacaq? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün Lökbatan təmsilçisinin baş məşqçisi Azər Həşimovla əlaqə saxladıq:

"Hələ klub rəhbərliyi ilə görüşümüz olmayıb. Stadion, maliyyə, transferlər və hədəflər müəyyənləşdirilməlidi. Yalnız bundan sonra toplanış, seleksiya və planlara aydınlıq gələcək".

ABDULLA İSMAYILOĞLU