Birinci dövrəni lider kimi başa vuran “Qaradağ Lökbatan” ən yaxın izləyicisindən 5 xal öndədi.
“Football-plus.az” olaraq, bu uğurlu çıxışın davamlı olması üçün klubun qış fasiləsində hansı addımlar atacağını öyrənmək istədik. Komandanın baş məşqçisi Azər Həşimov düşüncələrini bizimlə bölüşdü:
“Qış fasiləsindən yararlanaraq heyəti gücləndirməyi hədəfləmişik. Çox güman, yerli futbolçuları cəlb edəcəyik. Təlim-məşq toplanışı Bakı şəhərində olacaq. Böyük ehtimal ki, öz bazamızda - Qaradağdakı Olimpiya İdman Kompleksində qərarlaşacağıq. 4-5 yoxlama matçı keçirməyi planlayırıq. Rəqiblərin adları hələ ki bəlli deyil. Amma yaxın günlərdə bu barədə məlumat veriləcək”.
MİRKAMAL KAZIMZADƏ