"Neftçi"nin futbolçusu Fələstin millisində növbəti oyuna çıxdı

19.01.2024 11:13 180
Dünya futbolu
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, Qətərdə keçirilən Asiya Kubokunun qrup mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri yığması ilə oyunda iştirak edib.

Futbolçu 63-cü dəqiqədə meydana daxil olub. Caber, 90+9-cu dəqiqədə sarı vərəqə də alıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hazırda Fələstin yığması 1 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb.