"Sumqayıt"dan qələbə

16.01.2024 19:30 217
Ölkə futbolu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayıb. Görüş "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə nəticələnib - 3:1. "Sumqayıt"ın qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.