“Sumqayıt” Antalyaya yollandı

6.01.2024 16:19 207
Premyer-liqa
“Sumqayıt" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

“Football-plus.az” xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi” bu gün Antalyaya yola düşüb. "Kimyaçılar" yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq.

"Sumqayıt" 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacaq.