Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
"Gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.
"Sumqayıt" Özbəkistan klubu ilə üz-üzə
Ölkə futbolu / Manşet






