"Sumqayıt" yoxlama matçında böyük hesabla uduzub

12.01.2024 20:21 273
Premyer-liqa
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisi Rumıniya superliqasında mübarizə aparan “Hermanştadt”la münasibətlərinə aydınlıq gətirib. "Fanatik Belek Sport Center"də baş tutacaq oyun rumınların qələbəsi ilə nəticələnib - 3:0.