Bundestimdə hamını arxada qoydu

16.01.2024 15:15 190
Dünya futbolu
Almaniya yığmasında 2023-cü ilin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominasiyanın qalibi Əmrə Can olub.

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi azarkeşlər arasında keçirilən səsvermədə 64,6 faiz səs toplayıb. Qeyd edək ki, Əmrə 2023-cü ildə Almaniya millisində 6 oyun keçirib. 2-ci yeri Dortmund “Borussiya”sının hücumçusu Niklas Füllkruq (11,7 faiz), 3-cü yeri isə “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala (9,4 faiz) tutub.