Dünya çempionu prezident oldu

15.01.2024 22:39 208
Dünya futbolu
Romarionun yeni vəzifəsi məlum olub. Braziliya yığmasının sabiq hücumçusu yerli klublardan birinə rəhbərlik edəcək.

"Football-plus.az" xəbər verir ki, o, klub prezidenti statusunu qazanıb. Romario “Amerika” klubuna rəhbərlik etməyə başlayıb. Məlumatı klubun rəsmi saytı yayıb. “Amerika" Braziliyanın köklü klublarından sayılır. Komanda hazırda Rio de Janeyro ştatının yüksək liqasında - Karioka çempionatında iştirak edir.
Xatırladaq ki, “Barselona”dakı çıxışı ilə də tanınan Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul