Səudiyyə Ərəbistanının iddialı klublarından olan ''Əl-İttihad''da Kərim Benzema ilə bağlı ciddi problem yaşanır.
"Football-plus.az" xəbər verir ki, komanda son 5 rəsmi oyunun 4-də məğlub olub. ''Əl-İttihad'' ən son 17-ci tur çərçivəsində dekabrın 26-da öz meydanında Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr''ə 2:5 hesabı ilə boyun əymişdi. Məhşur fransalı forvard o matçdakı zəif performansı üzündən öz fanatları tərəfindən kəskin tənqid atəşinə tutulmuşdu.
Görünür, Benzema tənqidlərdən o qədər boğaza yığılıb ki, radikal addımlar atmağa başlayıb. O, əvvəlcə 76 milyon təqibçisi olan ''instaqram'' səhifəsini bağladı və həmin səhifəni indiyə qədər də açmayıb. Təcrübəli hücumçu komandasının cümə axşamı və cümə günü baş tutan məşqlərində iştirak etmədi.
Dünən isə Benzema ümumiyyətlə Səudiyyə Ərəbistanını tərk etdi! Hazırda onun harda olması barədə məlumat yoxdu. Düzdü, kluba yaxın qaynaqlarına məlumatına görə Benzema rəhbərliyin icazəsi ilə bir neçə günlüyə vətəninə yollanıb. Amma klubdan bu məsələ ilə bağlı indiyə qədər heç bir rəsmi açıqlama verilməyib. Elə baş məşqçi Marselo Qalyardo da jurnalistlərlə son görüşdə Benzema haqda danışmaqdan boyun qaçırıb. 37 yaşlı futbolçu bu mövsüm 20 rəsmi oyunda 12 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib.
ƏLİ