"Səbail" Rusiya klubu ilə üz-üzə

15.01.2024 11:34 196
Premyer-liqa
“Səbail” qış təlim-məşq toplanışı çərçivəsində bu gün 2-ci yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda Rusiya "Fakel"i ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

"Fakel" Rusiya premyer-liqasında mübarizə aparır.

Qeyd edək ki, "Səbail" ilk sınaq matçında Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb və qolsuz heç-heçə edib.