Bu məlumatı "Football-plus.az"a açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə verib. Ağdam təmsilçisinin sözlərinə görə, "köhlən atlar" Rumıniya, Almaniya və Rusiya klubları ilə qarşılaşacaq.
"Qarabağ" ilk görüşündə iyunun 25-də (Bakı vaxtı ilə saat 19.00) "Botoşani" (Rumıniya) ilə qarşılaşacaq. Komanda iyunun 29-da isə iki oyun çıxacaq. "Qarabağ" əvvəlcə saat 14.00-da "Holştayn" (Almaniya), saat 20.30-da "Universitatya Krayova" (Rusiya) ilə üz-üzə gələcək".