Xəbər verdiyimiz kimi, “Sumqayıt” yenilənmiş Mehdi Hüseynzadə adına stadionda ilk oyunu fevralın 4-də "Neftçi"yə qarşı keçirəcək.
Görəsən, oyundan əvvəl təntənəli açılış mərasimi nəzərdə tutulubmu? Bu sualı "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevə ünvanladıq:
"Bəli, oyunun tarixi artıq bəllidi. Sadəcə, hazırda bütün komanda ilə birlikdə Antalyadayıq. Sumqatdakı hazırlıqlara uzaqdan nəzarət etməyə çalışırıq. Bu üzdən nəyin planlaşdırıldığını deyə bilmirəm. Amma yanvarın 17-də ölkə qayıdandan sonra ətraflı məlumat verə bilərəm".
GÜNAY SÜLEYMANOVA