"Football-plus.az" saytı bu məsələni aydınlaşdırmaq üçün "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyevə müraciət etdi:
"Bəli, hazırda rəsmi fanşopumuz yoxdu. Amma çatışmazlığı aradan qaldırmaq üçün planlar cızırıq. Fanşopumuzun olmamasının əsas səbəbi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu bizdən asılı olmayan səbəblərə görə təhvil ala bilməməyimizdi. Stadion problemini həll etdikdən sonra fanşopla bağlı çatışmazlıq da aradan qalxacaq. "Sumqayıt"sevərlər üçün onu da xüsusi qeyd edim ki, futbolka, papaq, şərf, fincan kimi atributlarımızı satan mağaza var. Bu, "Kontakt home" mağazalar şəbəkəsinin Sumqayıt şəhərində, 10-cu mikrorayonda yerləşən şöbəsidi".
ABDULLA İSMAYILOĞLU


