Dortmunddan vətəninə qayıtdı

7.09.2023 17:32 208
Dünya futbolu
Torqan Azar “Borussiya”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, karyerasını vətənində davam etdirəcək. Belçikalı yarımmüdafiəçi “Anderlext”ə keçib. O, Brüssel klubu ilə üçillik müqavilə bağlayıb. Keçidin onun yeni klubuna 4 milyon avroya başa gəldiyi xəbər verilib.

30 yaşlı Torqan “Borussiya”da 2019-cu ildən çıxış edirdi. Dortmund klubu onu ötən mövsümün ikinci yarısı üçün PSV-yə icarəyə vermişdi. Azar bu komandanın heyətində Niderland çempionatında keçirdiyi 9 oyunda 1 qol vurub.