Əvvəlki klubuna qayıdır

5.01.2024 10:52 181
Dünya futbolu
Ceydon Sanço əvvəlki klubuna qayıdır.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu yaxın günlərdə icarə əsasında Dortmund “Borussiya”sına keçəcək.

Almaniya klubu mançesterlilərə onun 6 aylıq icarəsi üçün 3 milyon avro ödəyəcək. Bu məlumatı “Bild” qəzeti yayıb.

23 yaşlı Ceydon MY-də 2021-ci ildən oynayır. O, İngiltərə klubuna məhz “Borussiya”dan transfer olunub.