Şahmatçımız Nicat Abbasovun İddiaçılar turnirində iştirakı təsdiqlənib.
"Football-plus.az" xəbər verir ki, bu barədə FİDE rəsmi açıqlama yayıb.
Bildirilib ki, qrossmeysterimiz turnirdə sabiq dünya çempionu Maqnus Karlseni əvəz edəcək.
Norveçli şahmatçı apreldə keçiriləcək İddiaçılar turnirində oynamaq istəməyib. Karlsenin imtinası nəticəsində yarışa vəsiqə Dünya Kubokunda 4-cü olan Nicat Abbasova verilib.
O, turnirdə Yan Nepomnyaşi (FİDE), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Rameşbabu Praqqnanandxa, Vidit Santoş Qudjarati, Dommaradju Qukeş (hər üçü Hindistan) və Alireza Firuzdja (Fransa) ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnir Kanadanın Toronto şəhərində keçiriləcək.