Voleybol millimiz yenə üz qızartdı...

14.01.2024 01:15 172
İdman
20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (21:25, 14:25, 12:25)

Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.