EEVZA: U-20 millimiz üçüncü oyununu keçirəcək

13.01.2024 10:20 227
İdman
20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23.00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.