U-20 millimiz EEVZA çempionatında iştirak edəcək

12.12.2023 10:52 185
İdman
20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, 2024-cü il yanvarın 10-14-ü aralığında Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması mübarizə aparacaq.

U-20 yığmamız Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.