Voleybol millimiz EEVZA çempionatında 4 oyun keçirəcək

28.12.2023 11:34 214
İdman
20 yaşadək voleybolçu oğlanlardan ibarət yığmamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, yarış 2024-cü il 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.

Millimiz orada 4 oyun keçirəcək.

11 yanvar
23.00. Azərbaycan - Estoniya

12 yanvar
20.00. Azərbaycan – Ukrayna

13 yanvar
23.00. Azərbaycan – Latviya

14 yanvar
20.00. Azərbaycan – Polşa

Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.