Renatın komandasından heç-heçə

25.04.2022 10:00 507
Yığma
Portuqaliya çempionatında 31-ci turun oyunları keçirilib.

Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Komanda doğma meydanda "Vitoriya" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.