"Sumqayıt" yoxlama matçında "Hermanştadt"la qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, görüş təmsilçimizin məğlubiyyəti ilə nəticələnib. Oyundan sonra "Sumqayıt"ın çalışdırıcısı Samir Abasov klubun mətbuat xidmətinə açıqlama verib:
"Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdı. Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdı. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdi. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudu. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".