Hacıağa Hacılı zədələrdən qurtulub

11.01.2024 19:51 210
Premyer-liqa / Manşet
Dünən "Dalğa Arena"da keçirilən yoxlama oyununda "Zirə" ilə "Araz-Naxçıvan" qarşılaşdı.

Uzun müddət zədə üzündən kənarda qalan Hacıağa Hacılı 2-ci hissədə qəsəbə təmsilçisinin heyətində şans qazananlardan idi. Futbolçuyla toplanış, zədəsini sağaltması və başqa məsələlərlə bağlı ayaqüstü söhbət etdik.

- Hazırlıq prosesiylə bağlı fikirlərin maraqlıdı...
- Əvvəlki illərlə müqayisədə təlim-məşq toplanışına tez başladıq. Toplanış öz axarıyla gedir. Komandamızdan əhval-ruhiyyə yüksək səviyyədədi. Maksimum yaxşı məşq keçib 2-ci yarıya hazır olmaq istəyirik.
- Zədəyə görə çempionatın ilk yarısında kənarda qaldın. Hazırda zədən tam sağalıbmı?
- Premyer-liqanın ilk yarısında üç dəfə zədə aldım. Buna çox təəssüflənirəm. Amma şükürlər olsun ki, artıq zədələri sağaltmışam. Məşqlərdə bütün gücümlə çalışıram
- Qış fasiləsindən sonra oynamaq üçün şans qazanacağını gözləyirsənmi?
- Hər futbolçu kimi mən də daim oynamaq arzusundayam. Məşqlərdə var gücümlə, səylə çalşıram. İnanıram ki, baş məşqçimiz mənə şans verəcək. Meydanda olduğum müddətdə Rəşad müəllimin gözləntilərini doğruldacam.
- Necə düşünürsən, 2-ci yerdəki mövqeyinizi qoruya biləcəksizmi?
- Hesab edirəm ki, komandamızın buna gücü çatacaq.

ABDULLA İSMAYILOĞLU