"Oynayacağımız komandalar həm birinci, həm də ikinci liqadandı" - Qəzənfər Abbasov

11.01.2024 15:44 308
Aktual / I liqa
"Dünən həm iclasımız, həm də məşqimiz baş tutdu".

Bu sözləri "football-plus.az"a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib. O, qarşıdakı günlərdə 5 yoldaşlıq görüşü keçirəcəklərini bildirib:

"Oynayacağımız komandalar həm birinci, həm də ikinci liqadandı. Yanvarın 20-dən sonra təlim-məşq toplanışımız olacaq. Ancaq harda olacağı hələ dəqiqləşməyib. Bu fasilədə cəmi bir transfer reallaşdırmışıq, Bir-iki nəfər də gözləyirik. Bu gün də bəzi oyunçular komandaya baxışa gəldi. Yaxın müddətdə onlar barədə də qərar verəcəyik. Seçimlərdən keçə bilsələr, komandaya cəlb edəcəyik”.


KAMAL SƏFƏR