• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arda Gülərin debüt oyununda nələr oldu?

Dünya futbolu

10-01-2024, 18:0

Arda Gülərin “Real”da böyük səbirsizliklə gözlənilən debütü, nəhayət, gerçəkləşdi.

"Football-plus.az" xəbər verir ki, bu hadisə yanvarın 6-da İspaniya kubokunun 1/16 final mərhələsinin 4-cü liqa təmsilçisi “Arandina” ilə səfər qarşılaşmasına təsadüf etdi. Gözlənildiyi kimi, Karlo Ançelotti zəif rəqiblə oyunda əsas ulduzları ehtiyatda saxlayaraq az şanz qazanan futbolçulara etimad göstərdi. Arda Gülər start heyətində meydana çıxdı.

Sebalyosla gərginlik
Düzdü, Madrid nəhənginin 3:1 hesabı ilə qalib gəldiyi oyunda gənc türkiyəli ulduz heç bir qolun vurulmasında yaxından iştirak etmədi. Amma Gülər meydanda olduğu 59 dəqiqə ərzində öz oyunu ilə diqqəti çəkməyi bacardı. Fəallığı ilə seçilən 18 yaşlı yarımmüdafiəçi ümumilikdə 53 dəfə topa toxundu. 39 ötürmədən 35-i, yəni 90 faizi dəqiq alındı. 2 “açar” ötürmə verdi. Qapıya 3 zərbə vurdu və 7 ikili mübarizənin üçündən qalib ayrıldı. Maraqlıdı ki, Arda qapıya ilk iki zərbəni işlək olmayan sağ ayağı ilə endirdi. Onun ilk zərbəsi müdafiəçiyə dəyərək meydandan çıxdısa, çox təhlükəli alınan və yaxın küncə yönələn 2-ci zərbəsinin qarşısını qapıçı kəsdi. Qarşılaşmanın ən diqqətçəkən olaylarından biri 18-ci dəqiqəyə təsadüf etdi. Cərimə meydançası yaxınlığında qazanılan cərimə zərbəsini vurmaq uğrunda Arda ilə Dani Sebalyos arasında kiçik bir gərginlik yaşandı. İspaniyalı zərbəni vurmaq istəsə də, Arda topu ona verməyərək zərbəni özü yerinə yetirmək arzusunda olduğunu göstərdi. Amma Sebalyos sonda Ardanın istəyini yerə salmadı. Türkiyəli ulduzun yaxın küncə yönələn zərbəsi çox təhlükəli alındı. Bu epizodda meydan sahiblərini yalnız dirək xilas etdi. Göründüyü kimi, Arda debüt oyununda fərqlənməyə yaxın olsa da, bir qədər bəxti gətirmədi. Ötən mövsüm “Fənərbaxça”da oynayarkən “Hatayspor”a qarşı matçda Arda Gülər Sərdar Dursunla da buna bənzər epizod yaşamışdı. Amma həmin vaxt zərbəni Sərdar yerinə yetirmiş və top düz qapıçının üstünə getmişdi.

Maraqlıdı ki, “Arandina” rəsmiləri oyundan öncə “Real”a bir siyahı təqdim etmişdi. Orda “Arandina”lı futbolçuların “Real”ın hansı üzvünün formasını istədiyi qeyd olunmuşdu. Yəni oyundan sonra formalar siyahıya uyğun verilməli idi. “Arandina”nın müdafiəçisi Xorxe Peska əvvəlcədən Cud Bellingemin adını siyahıya yazmışdı. Amma Peska final fitindən sonra fikrini dəyişərək Arda Gülərdən formanı aldı. Komanda yoldaşları da gənc oyunçuya xoş xözlər söylədilər. Məsələn, ilk gündən Arda ilə səmimi münasibət quran və ona hər mənada böyük dəstək verən təcrübəli forvard Xoseli bunları dedi: “Arda Gülərə oyundan öncə söyləmişdim ki, həyəcan keçirməsin və sadəcə, oyundan zövq alsın. Uzun müddət idi meydana çıxa bilmirdi. Ona sahib çıxmalı və bacardığımız qədər dəstək verməliyik. Çox səviyyəli futbolçudu. Özəl istedadı və xarakteri var. Hətta deyərdim ki, Arda əsl almazdı. Özünü göstərməkdə davam edəcək”.

Aurelien Çuameninin sözləri isə belə oldu: “Arda Gülər? Əla oyunçudu. Texniki cəhətdən güclü və hərtərəfli futbolçudu. Getdikcə daha yaxşı olacaq”. Bundan başqa, Arda Gülər oyundan sonra “instaqram”ın hekayə bölümündə Niko Pasla şəklini paylaşaraq “hər kəs sakit olsun” ifadəsini yazdı. Bununla da o, aralarında hər şeyin qaydasında olduğunu göstərdi. Pasın bir epizodda bomboş vəziyyətdə olan Ardaya ötürmə verməməsi “Real” fanatlarını qəzəbləndirmişdi.

İspaniya mətbuatı razı qaldı
Ardanı təkcə komanda yoldaşları yox İspaniya mətbuatı da tərifləyib. Məsələn, İspaniyanın ən nüfuzlu və yüksək tirajlı nəşri “Marka” türkiyəli ilə bağlı bu fikirlərə yer verib: “İlk oyununda səviyyəli və xarakterli futbol sərgilədi. Türkiyəli oyunçu səviyyənin ən saf halı idi. Topa hər toxunuşunda, topsuz hərəkətlərində, oyunu oxumasında, topu qəbul etmədən öncə artıq nə edəcəyini bilməsində... Ardanın həyəcanverici oyunu “Real”ın bu matçdakı ən yaxşı tərəfi idi”. AS nəşrində isə “ilk görüşdə ümid” başlıqlı yazıda bunlar qeyd olunub: “Türkiyəli oyunçu 3 zədənin ardından, nəhayət, ilk oyununa çıxdı və 60 dəqiqə ərzində gələcəyə ümidlə baxmağa imkan verən bir performans ortaya qoydu. Biri dirəkdən dönən 3 zərbəsi oldu. İlk yarıda “Real”ın hücum oyunçuları arasında açıq-aşkar ən yaxşı futbolçu idi. Zəif olduğu güman edilən sağ ayağı ilə düşünmədən zərbələr endirirdi. Yeri gələndə həm sərt, həm də ağıllı oynamağı bacardığını göstərdi. Sebalyosun cərimə zərbəsini vurmaq hüququnu ona verməsi də çox şeydən xəbər verir. Həmin andakı cəsarəti alqışalayiqdi”. “Mundo Deportivo” nəşrində “Ançelottinin start heyəti təəccüblü idi. Amma bütün bunlar Arda Gülərin kölgəsində qaldı. Debütünü həqiqətən də maraqla gözləməyə dəyərmiş. İlk yarıda meydanda ən yaxşılardan idi” sözlərinə yer verilibsə, “Barselona”ya yaxınlığı ilə bilinən “Sport” nəşrində bunlar qeyd olunub: “Real”ın “20+10” milyon avro ödəyərək son anda “Barselona”nın əlindən oğurladığı türkiyəli futbolçu 6 aydan sonra ilk oyununa çıxdı. Arda 60 dəqiqə ərzində istedadını göstərə bildi və “Real” fanatlarını həyəcanlandıran bir başlanğıca imza atdı. Düzdü, şou göstərmədi və bəzi anlarda təcrübəsizliyi sözünü deyirdi. Ancaq oyunu ilə xoş izlər buraxdı”. “Defansa Sentral”ın iddiasına görə, Ardanın oyunundan prezident Florentino Peres də razı qalıb və gənc futbolçunu “dahi” adlandırıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-12-2023, 23:0

Arda Gülər 2023-də debüt edə bilmədi...

Dünya futbolu

6-07-2023, 17:0

Arda Gülər "Real"da

Dünya futbolu

10-11-2023, 19:0

Arda Gülər yenə zədələnib?

Dünya futbolu

19-07-2023, 17:0

Arda Gülərin “Real”dakı maaşı bəlli oldu

Dünya futbolu

28-03-2022, 18:0

Arda Gülərin ulduzu parlamaqda davam edir

Dünya futbolu

3-01-2024, 16:0

Arda Gülər bu gün debüt edə biləcək?

Aktual
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
Son xəbərlər
  • Bu gün, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Bu gün, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Bu gün, 16:45
    Klubuna sadiq qaldı
  • Bu gün, 16:02
    Asiyadan Avropaya yollandı
  • Bu gün, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Bu gün, 14:45
    “Barselona”nı tərk edəcək
  • Bu gün, 14:16
    FİFA-dan daha bir yenilik
  • Bu gün, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Bu gün, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Bu gün, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Bu gün, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Bu gün, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Bu gün, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Bu gün, 10:20
    Premyer-liqada istefa
  • Bu gün, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 177
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 137
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə