Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirib
“Football-plus.az" xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşıb.
Buxarest komandasına qarşı matç Bakı vaxtı ilə saat 18.00-da başlayıb. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşıb.
Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.
18.00. "Sabah" - "Rapid" (Rumıniya) 2:1
Sekidika, 45+1, Nuriyev, 68 - Burmaz, 60 (pen.)
Qeyd edək ki, “Sabah” Misli premyer-liqasının ilk yarısından sonra 22 xalla 8-ci pillədə qərarlaşıb. Bakılılar 19-cu tur çərçivəsində yanvarın 21-də “Neftçi” ilə qarşılaşacaq.