"Milan" heyətinə yeni futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, "rossonerilər" "Verona"nın müdafiəçisi Filippo Terrasianonu transfer edib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Futbolçu ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb. O, yeni komandasında 38 nömrəli formanı geyinəcək.