"Leyptsiq"də yeni futbolçu

28.02.2023 23:36 241
Dünya futbolu
"Leyptsiq" heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Almaniyalılar "Zaltsburq"un yarımmüdafiəçisi Nikolas Seyvaldı heyətinə qatıb. 21 yaşlı avstriyalının transferi 20 milyon avroya başa gəlib. Onunla 30 iyun 2028-ci ilə qədər müqavilə imzalanıb.