Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə premyer-liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı 15-ci turda “Səbail”lə matçda topu öz qapısından keçirib.
Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.
Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşib.