Budaq Nəsirov Türkiyəyə yollanmaq üçün nə etsin?

10.12.2023 15:21 307
Ölkə futbolu / Manşet
"Turan Tovuz"un futbolçusu Budaq Nəsirovun komandanın Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında iştirak etməmək ehtimalı var.

Daha əvvəl buna oyunçunun qardaş ölkədə qanunla icazə verildiyindən daha çox qalmasının səbəb olduğunu yazmışdıq. Nəticədə onun Türkiyəyə girişi 2 il müddətinə qadağan edilib. Hətta Budaq bu üzdən yay fasiləsində həmin ölkədə reallaşan toplanışda iştirak edə bilməmişdi.

"Football-plus.az" olaraq, futbolçuya qoyulan qadağanın aradan qaldırılması üçün hansı addımların atılmalı olduğunu araşdırdıq. Tanınmış hüquqşünas Elcan Həsənlinin saytımıza söylədikləri:

"Belə hallarda cərimə və ölkəyə giriş qadağası tətbiq edilir. Ödəniləcək məbləğ qoyulan "stop"un müddətindən asılı olaraq dəyişir. Növbəti addımda cərimə ödənilsə belə, qadağa aradan qaldırılmır. Daha sonra, müddətin sona çatması gözlənilməlidi. Yox, vacib məsələylə bağlı ölkəyə giriş etmək lazımdısa, bu zaman həmin ölkənin müvafiq qurumlarına müraciət edilməlidi. Təbii ki, bu prosesləri girişi qadağan edilən şəxs həyata keçirməlidi. Burda klub, sadəcə, vasitəçilik edə bilər. Yəni futbolçu özü məsələni dediyim qaydada həll etməlidi".

KƏNAN BAHADIR