Pyolinin yerini kim tutacaq?

5.01.2024 20:22 190
Dünya futbolu
Stefano Pyolinin işdən azad ediləcəyi haqda şayiələr səngimir.

Buna baxmayaraq, “Milan” rəhbərliyi onu istefaya göndərməyə tələsmir. Lakin təcrübəli mütəxəssis ilə yolların mövsümün sonunda ayrılmaq ehtimalı çoxdu.

“Football Italia” nəşrinin yaydığı xəbərə görə, komandaya Antonio Kontenin təyinat alacağı gözlənilir. Rəhbərliyin məhz 54 yaşlı mütəxəssisə üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, Konte ötən ilin martında “Tottenhem”i tərk edəndən sonra heç bir yerdə işləmir.